Yuxarı

"​Mazda" 1,6 mln. avtomobili geri çağırıb

Hava yastığı ölümcül risk daşıyır

Bakı. 6 iyun. REPORT.AZ/ Yaponiyanın avtomobil istehsalçısı "Mazda" 1,6 mln. avtomobili geri çağırıb. Buna səbəb isə hava yastığında ölümcül risk daşıyan nöqsan aşkarlanmasıdır.

"Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, beləliklə də geri çağırılan avtomobil sayı 2,02 mln.-u keçib. Bundan əvvəl 2003-2008-ci illərdə istehsal olunmuş 465 min avtomobil ABŞ-dan və 76 min avtomobil Yaponiyadan geri çağırılıb.

Şirkətdən avtomobildə təhlükəsizlik məqsədilə quraşdırılmış hava yastığının partlaması ehtimalının olduğu və nəticədə sürücü və sərnişinlərə xəsarət yetirəcəyinin mümkünlüyü bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi