Yuxarı

​Maroş Şefçoviç : "Azərbaycan qazının Avropaya nəqli artıq 2019-cu ildə başlaya bilər"

Bu, bizə yeni mənbədən böyük qaz tədarükləri zəmanəti verən yeganə layihədir

Bakı. 16 fevral. REPORT.AZ/ "Ukraynanın cənub-şərqindəki münaqişə Avropa İttifaqına (Aİ) üzv ölkələri təbii enerji xammalının alınması mənbələrinin şaxələndirilməsini və Avropa Enerji İttifaqının yaradılması prosesini sürətləndirmək məcburiyyətində qoydu".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ötən gün Avropa Komissiyasının (AK) vitse-prezidenti Maroş Şefçoviç bildirib.

Şefçoviçin fikrincə, Avropa Şurası cari ilin mart ayında Avropa Enerji İttifaqının formalaşdırılması layihəsini dəstəkləyəcək. Mərhələli plan razılaşdırılacaq və Aİ-nin vahid enerji siyasətinin prioritetləri müəyyən ediləcək.

"Avropa Enerji İttifaqı Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edəcək", - deyə slovakiyalı diplomat qeyd edib.

Vitse-prezident Aİ-yə alternativ qaz tədarükçüsü qismində Azərbaycan qazını nəzərdən keçirir. O əlavə edib ki, "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılmasına artıq başlanıb. Bu marşrut üzrə qaz Xəzər regionundan Avropaya nəql olunacaq.

"Bu, yeni mənbədən bizə böyük qaz tədarükləri zəmanəti verən yeganə layihədir. Söhbət həm də reallaşdırma dəyəri 45 milyard avro qiymətləndirilən böyük tikinti layihəsindən gedir", - deyə Şefçoviç bildirib.

Diplomat Azərbaycan qazının Avropa istehlakçılarına 2019-ci ildə başlanması mümkünlüyünü proqnozlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi