Yuxarı
    Bağlamaq

    ​"Lukoyl" benzinin qiymətini qaldırıb

    Ai-92 markalı benzinin bir litrinin qiyməti 33,52 rubl olub

    Bakı. 12 noyabr. REPORT.AZ/ "Lukoyl-Sentrnefteprodukt" şirkəti noyabrın 11-dən etibarən Moskvada benzin və dizel yanacağının pərakəndə satış qiymətini qaldırıb.

    "Report" İnterfaks-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

    Belə ki, paytaxtın yanacaqdoldurma məntəqələrində Ai-92 markalı benzinin qiyməti bir litrə görə 20 qəpik artaraq 33,52 rubl (0.52 AZN), Ai-95-in qiyməti 30 qəpik artaraq bir litr üçün 36,32 rubl (0.56 AZN) təşkil edib.

    Dizel yanacağı 50 qəpik artaraq bir litr üçün 35,12 rubla (0.54 AZN) çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi