Yuxarı
    Bağlamaq

    ​"Lukoyl" 2014-cü ildə karbohidrogen ehtiyatlarını artırıb

    Şirkətin təsdiq olunmuş ehtiyatları 17,6 mlrd. barel neft ekvivalenti təşkil edib

    Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ-ın "Miller and Lents" audit şirkətinin məlumatına görə, "Lukoyl"un 31 dekabr 2014-cü il tarixinə olan təsdiq edilmiş karbohidrogen ehtiyatları 17,6 milyard barel neft ekvivalenti, eləcə də, 13,6 mlrd. barel neft və 23,9 trln. kub. fut qaz təşkil edib.

    "Report" xəbər verir ki, 2014-cü ildə təsdiq edilmiş hasilat artımı kompensasiyası 121%-ə bərabər olub.

    "Lukoyl" ASC 31 dekabr 2014-cü ilə olan vəziyyətə görə, neft və qaz ehtiyatlarının müstəqil audit və hesablanmasını başa çatdırıb. Qiymətləndirmə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) standartlarından rentabelli hasilatın iqtisadi nailiyyət həddinədək uyğun şəkildə aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi