Yuxarı
    Bağlamaq

    ​"London taksiləri"ni Azərbaycana Türkiyə şirkəti daşıyacaq

    İlk partiya noyabrın 27-də Dərincə limanında Bakıya yola salınıb

    Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyənin 30 ildir fəaliyyət göstərən "Sabay Logistika" şirkəti yeni model taksilərin ("Black Cab") Çindən Bakıya gətirilməsi üzrə keçirilən "Şanqay-Bakı" tenderinin qalibi olub.

    "Report" xəbər verir ki, artıq 200 maşından ibarət ilk partiya noyabrın 27-də Dərincə limanında yüklənərək yola salınıb.

    "Sabay Logistika" şirkətinin idarə heyətinin sədri Bülent Aymenin sözlərinə görə, şirkət 504 avtomobilin 3 ay ərzində Bakıya daşımasına dair öhdəlik götürüb.

    "200 maşından ibarət ilk partiyanı Şanqay limanından Dərincə limanına gətirib daşıyıcı vasitələrlə Bakıya göndərdik", - deyə B.Aymen bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi