Yuxarı

​Lənkəranda və Gəncədə treninqlər keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirlərini davam etdirir. Nazirlikdən "Report"a daxil olan xəbərə görə, növbəti belə treninqlər fevralın 24-də Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində, Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda təşkil edilib.

Treninqlərdə biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznes ideyanın formalaşdırılması, biznes planın tərtib edilməsi, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, logistik mərkəzlərin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Sonda mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi