Yuxarı
    Bağlamaq

    Keçən ay Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 121 mln. manat köçürüb

    Aksizlərdən büdcə gəlirləri 4,06 mln. manat, yol vergisi 1,478 mln. manat olub

    Bakı. 8 noyabr. REPORT.AZ/ Oktyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 121,919 mln. manat məbləğində vergi və rüsum köçürüb.

    "Report" DGK-ya istinadən xəbər verir ki, gömrük rüsumları 17,129 mln. manat, ƏDV 99,25 mln. manat təşkil edib. Aksizlərdən büdcə gəlirləri 4,06 mln. manat, yol vergisi 1,478 mln. manat olub.

    Qeyd edək ki, cari ildə DGK xətti ilə dövlət büdcəsinə gəlirlər 1,51 mlrd. manat olmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi