Yuxarı
    Bağlamaq

    ​İqtisadiyyat və Sənaye Nazirliyinə 29 minə yaxın müraciət daxil olub

    Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub

    Bakı. 9 yanvar. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə 2014-cü ilin dekabr ayında 500-dən çox müraciət daxil olub.

    “Report”un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub. Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılaraq müvafiq tədbirlər görülüb.

    İndiyədək isə 195-2 Telefon Məlumat Mərkəzinə 29 minə yaxın müraciət daxil olub.

    195-2 Telefon Məlumat Mərkəzi vaxt itkisinə yol vermədən və İqtisadiyyat və Sənaye Nazirliyinə gəlmədən qurumun səlahiyyətlərinə aid məsələlərlə bağlı vahid mənbədən məlumat əldə edilməsinə imkan yaradır. Qeyd edək ki, ölkənin istənilən yerindən stasionar və mobil telefonlardan məlumat mərkəzinə zəng etməklə nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə, qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi