Yuxarı

​İqtisadiyyat üzrə Nobel mükafatçısının adı açıqlanıb

Britaniya-ABŞ alimi Enqusu Diyon istehlakda yoxsulluq və rifahın təhlilinə görə bu mükafata layiq görülüb

Bakı. 12 oktyabr. REPORT.AZ/ İqtisadiyyat üzrə Nobel mükafatı Britaniya-ABŞ alimi Enqusu Diyona verilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, "istehlakda yoxsulluq və rifahın təhlilinə" görə bu mükafata layiq görülüb.

Xatırladaq ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

Nobel mükafatına layiq görülənlərin adları oktyabrın 5-dən elan olunmağa başlayıb. Kimya üzrə Nobel mükafatını alan 3 alimdən biri də türk əsilli ABŞ vətəndaşı Əziz Səncərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi