Yuxarı

İqtisadiyyat naziri Naftalanda vətəndaşları qəbul edib

Qəbulda 50-yə yaxın vətəndaşın müraciəti dinlənib

Bakı. 7 may. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Naftalanda Tərtər, Goranboy rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda nazir 50-yə yaxın vətəndaşın müraciətini dinləyib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, investisiya təşviqi sənədinin alınması, əczaçılıq fəaliyyəti üçün lisenziyanın verilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbula gələn sahibkarlarla müzakirələr aparılıb, onların heyvandarlıq, balıqçılıq, üzümçülük, tikinti materialları, mineral sular, tara və mebel istehsalı, istixanaların yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Sahibkarlar özəl sektorun inkişafı, lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, investisiyaların təşviqi ilə bağlı dövlət başçısının qərarlarından və görülən tədbirlərdən razılıqlarını ifadə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi