Yuxarı

İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edəcək

Vətəndaşların qəbulu Heydər Əliyev Mərkəzində olacaq

Bakı. 29 avqust. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev avqustun 31-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Astara rayonu, Azərbaycan küçəsi, 26D­) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, mobil (050) 235 01 07, elektron poçt ünvanı: chingiz.mammadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin www.economy.gov.az saytında və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi