Yuxarı

​Azərbaycanda on bir ayda humanitar yük idxalının həcmi açıqlanıb

Humanitar yük, təmənnasız kömək və texniki yardım idxalı illik 58% artıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 47,292 mln. dollar həcmində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

“Report” Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% artım deməkdir. Statistikaya əsasən cari ilin ilk on bir ayı ərzində humanitar yük, təmənnasız kömək və texniki yardım ixracı isə illik 28,7% artaraq 303 min dollar təşkil edib. 

Qeyd edək ki, cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə 28,825 mlrd. ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirib və illik müqayisədə ticarət dövriyyəsinin həcmi 9,13% azalıb. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Nəticədə, ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,61%, ixrac 5,82% azalıb, müsbət saldo isə 2,74% artıb.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi