Yuxarı

​Heydər Əliyev Beynəlxalq Hava Limanı “4 ulduz” dərəcəsinə layiq görülüb

Aerovağzalda sərnişinlərə xidmət yüksək tələblər səviyyəsində qurulub

Bakı. 24 dekabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Aeroportu “4 ulduz” dərəcəsinə layiq görülüb.

"Report" AzərTAC-a istinadla xəbər verir ki, bu barədə “Silk Way Group”un vitse-prezidenti Eldar Hacıyev jurnalistlərə müsahibəsində məlumat verib.

O, qeyd edib ki, ilin əvvəlindən etibarən keçirilən iki beynəlxalq auditin nəticələrinə görə, “4 ulduz” dərəcəsinə layiq görülən Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın 18 ən yüksək reytinqli hava limanları siyahısına daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi bu il aprelin 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. İldə 6 milyon sərnişin daşıma gücünə malik yeni aerovağzal kompleksinin ümumi sahəsi 65 min kvadratmetrdir. Burada uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılıb.

Quraşdırılan traplar, eyni zamanda, 13 hava gəmisini, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə də diqqəti cəlb edir. Aerovağzalda sərnişinlərə xidmət yüksək tələblər səviyyəsində qurulub. Ən müasir avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi