Yuxarı
    Bağlamaq

    Hesablama Palatası Dövlət Komitəsində yoxlamaların nəticəsini açıqlayıb - YENİLƏNİB

    Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb

    İlk xəbər saat 11:09-da verilib

    Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma İdarəsində aparılmış yoxlamalar zamanı 300 sərəncamın qanunsuz ləğv edilməsi halı aşkarlanıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Hesablama Palatasının auditoru Cəfər Həsənov deyib.

    C.Həsənovun sözlərinə görə, pozuntular adıçəkilən qurumun aparat xərclərinin yoxlanılması zamanı aşkar edilib: "Təsəvvür edin ki, sərəncam təqdim edib hansısa qurumda yoxlama aparıblar, daha sonra gəlib həmin sərəncamları ləğv ediblər. Auditor təşkilatlarından xahiş edirəm ki, yoxlamalar apararkən bu məsələləri də nəzərə alsınlar".

    ***

    Hesablama Palatasının nümayəndəsinin səsləndirdiyi fikirləri Dövlət Komitəsi təkzib edib. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Report"a açıqlamasında bildirib ki, Komitədə sonuncu dəfə yoxlama bir il əvvəl keçirilib və yoxlama zamanı ciddi nöqsan aşkar edilməyib: "Yoxlama zamanı hər hansı ciddi neqativ faktlar aşkar edilməyib. Bu, çox güman ki, həmin auditorun məlumatsızlığı səbəbindən yaydığı informasiyadır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi