Yuxarı

Gömrük İdarəsi: Novruz Bayramından sonra 24 saatlıq iş rejiminə keçiləcək

Azərbaycan və İran gömrükçüləri arasında növbəti görüş keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycan və İran gömrükçüləri arasında gömrük və sərhəd məsələləri ilə əlaqədar növbəti görüş keçirilib.

"Report"un verdiyi xəbərə görə, görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması məsələlərinə toxunublar.

Bundan başqa, görüşdə 24 saatlıq iş rejiminə keçid, Naxçıvandan gələn nəqliyyat vasitələrinin yanacaq çənlərinə tətbiq olunan cərimələr və bir sıra digər məsələləri ətraflı müzakirə olunub.

Görüşdə İranı Biləsuvar Gömrük İdarəsinin rəisi Siyavuş Surinin, Azərbaycanı isə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər.

S.Suri 24 saatlıq iş rejiminə keçmək üçün artıq yekun işlərin görüldüyünü və Novruz Bayramından sonra bu birgə fəaliyyətin gerçəkləşəcəyinə əminliyini ifadə edib.

Görüş Azərbaycan Dövlət Gömrük Komitəsi və İran Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış anlaşma memorandumunun müddəalarına müvafiq olaraq gerçəkləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi