Yuxarı
    Bağlamaq

    ​Gəncədə sahibkar qadınlar üçün treninq keçirilib

    Təlim bir sıra mövzuları əhatə edib

    Bakı. 10 noyabr. REPORT.AZ/İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə bu gün gənc sahibkar qadınlar üçün Gəncədə təlim keçirilib. İSN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

    Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat treninq iştirakçılarının diqqətinə çatdırılıb.

    Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi