Yuxarı

Gələn il qeyri-neft gəlirlərinin büdcədə payı 12% artacaq

Qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46,5% proqnozlaşdırılır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Gələn il qeyri-neft gəlirlərinin dövlət büdcəsində xüsusi çəkisi 46,5% proqnozlaşdırılır.

"Report" xəbər verir ki, 2016-cı il dövlət büdcəsi layihəsinə görə, bu cari ilin proqnozundan 11,8 faiz-bənd, 2014-cü ilin faktiki göstəricilərindən 12,5 faiz-bənd çoxdur.

Qeyd olunub ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafının daha da stimullaşdırılması, bu istiqamətdə daxilolmaların artırılması üçün vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, bütövlükdə vergi və gömrük intizamının gücləndirilməsi əsas hədəflər sırasındadır.

"Sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsinin genişləndirilməsi və vergi ödəyicilərinə vergi ödənilməsi qaydaları üzrə seçim hüququnun verilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və ya ləğv edilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsini növbəti illərdə də davam etdirmək prioritet vəzifələrdəndir",-sənəddə qeyd olunub.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 14 566,0 mln. manat proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi