Yuxarı
    Bağlamaq

    Azərbaycan-Britaniya Hökumətlərarası Komissiyasının ilk iclası keçiriləcək

    Azərbaycan hökumətinin islahatlar proqramı sahəsində Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib

    Bakı. 21 yanvar. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib.

    Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilib və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib.

    Görüşdə həmçinin Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu il fevralın 10-11-də Londonda keçiriləcək Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın birinci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi