Yuxarı

"​G7": Hazırkı vəziyyət böhran hesab olunmur

Ölkələr çevik fiskal siyasət yürütməlidirlər

Bakı. 26 may. REPORT.AZ/ Hazırda qlobal iqtisadiyyatda yaşanan dəyişikliklər böhran hesab olunmur. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə "G7" inkişaf etmiş ölkələrin liderləri, Yaponiyanın İsesima regionunda bu gün başlayan ikigünlük sammitdə bildiriblər. Sammitdə danışan Yaponiyanın baş naziri Sindzo Abe hazırkı qlobal iqtisadi dəyişikliklərdə 2008-ci ildə baş verən böhranla paralellər olduğuna diqqət çəkib. Baş nazir həmçinin qeyd edib ki, 2014-2016-cı il ərzində əmtəələrin dünya qiymətləri 2008-ci ilin iyulundan 2009-cu ilin fevralına qədər olduğu kimi 55% azalma göstərib.

Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Xirosiqe Sekonun sözlərinə görə, "G7" ölkələrinin liderləri inkişaf etməkdə olan iqtisadiyyatların təhlükəli mərhələdə olduqlarını, amma bunun bir böhran situasiyası olmadığını bildiriblər.

S.Abe daha sonra açıqlamalarında "G7" ölkələrinin qlobal iqtisadi artımı sürətləndirmək üçün fiskal siyasətlərə daha çevik yanaşmağı, amma bunun müddəti və həcminin milli spesifikasiyalarını nəzərə almalı olduğunu bildirib. "Reuters" agentliyi sammitdə "G7" ölkələrinin qlobal valyuta bazarlarında stabilliyi təmin etmək barədə razılığa gələcəklərini açıqlayıb.

Qeyd edək ki, "G7" ölkələri Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dan ibarətdir. 2014-cü ilə qədər Rusiya da "G7"nin sammitlərində iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi