Yuxarı
    Bağlamaq

    Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib

    Heç bir reys təxirə salınmayıb

    Bakı. 5 mart. REPORT.AZ/ Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə edilən qatı duman Heydər Əliyev Beynəlxalq Hava Limanından yerinə yetirilən aviareyslərə təsir göstərməyib.

    Bu barədə "Report"a Hava Limanından məlumat verilib.

    Qeyd olunub ki, dumanlı hava şəraitinə baxmayaraq, heç bir reys təxirə salınmayıb və paytaxta gələn və buradan yola salınan bütün aviareyslər cədvələ uyğun davam etdirilir. "Hər hansı gecikmə qeydə alınmayıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi