Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsi Mehdiabadda "Kütləvi çıxarış" kampaniyası keçirib - FOTO

Kampaniya çərçivəsində 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib

Bakı. 20 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin bilavasitə vətəndaşların ünvanına çatdırılması, daha sədələşdirilmiş şəkildə çevik təqdim olunması məqsədilə bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsində "Kütləvi çıxarış" kampaniyası keçirilib. 

Komitədən "Report"a verilən məlumata görə, kampaniya çərçivəsində 100-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Kampaniyada “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən, vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında onlara çıxarışlar verilib. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununda əksini tapmış digər hüquqi sənədlər aiddir. Eyni zamanda, bir sıra vətəndaşdan mülkiyyətə dair ilkin hüquqi sənədlər çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Kampaniya zamanı əmlakın qeydiyyatı ilə yanaşı, hüquqi maarifləndirmə aksiyası da keçirilib, vətəndaşlara əmlaklarının qeydiyyatı ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlara əmlakın qeydiyyatının vacibliyi, gətirdiyi üstünlüklər və faydalar izah olunub. Bildirilib ki, qeydiyyatsız və ya yalnız ilkin sənədləri olan əmlaklardan fərqli olaraq çıxarışı olan əmlaklardan daha səmərəli istifadə etmək və müxtəlif hüquqi əməliyyatlar aparmaq mümkündür. Belə ki, qeydiyyatlı əmlakı alıb-satmaq, girov qoymaq, onu biznes əməliyyatlarında istifadə etmək və digər hüquqi əməliyyatlar həyata keçirmək olar.

Artıq davamlı olaraq ölkənin bütün şəhər və rayonlarında keçirilən “Kütləvi çıxarış” kampaniyası çərçivəsində indiyədək 6 700-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi