Yuxarı
    Bağlamaq

    Dövlət Dəniz Administrasiyasında tvinninq layihəsi çərçivəsində seminar keçirilib

    Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub© Dövlət Dəniz Administrasiyası

    Bakı.9 mart.REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Müxtəlif növ gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlili”nə dair seminar keçirilib.

    Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə,layihənin başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.

    Tvinninq layihəsi çərçivəsində Azərbaycana dəvət olunan İspaniyalı mütəxəssislər — xanım I.G.Fernandez, kapitan L.Fernandez və R.Pastor tərəfindən İspaniya Krallığının inzibati xətalar və inzibati icraat sistemi, İspaniya Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinin pozulması halları, hüquq pozuntularının aşkar edilməsi, dəniz nəqliyyatı sahəsində korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın təmin edilməsi, müxtəlif şəxslər, səlahiyyətli orqanların agentləri, o cümlədən, Axtarış və Xilasetmə Agentinin əməkdaşları tərəfindən məlumatların verilməsi məsələləri ətraflı izah edildi, dənizin gəmilərdən çirklənməsi, liman nəzarəti, “Dənizdə əməyə dair” Beynəlxalq Konvensiya üzrə bir sıra praktiki məşğələlər aparılıb.

    Seminarda Dövlət Dəniz Administrasiyasının və Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əməkdaşları ilə yanaşı, dənizçilər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və Bakı Dövlət Universitetinin Dəniz və enerji hüququ fakültəsinin magistrantları iştirak ediblər. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi