Yuxarı

İlham Əliyev investisiyaların təşviqi ilə bağlı fərman imzalayıb

Sənəddə müəyyən bəndlərə dəyişikliklər edilib

Bakı. 5 sentyabr.REPORT.AZ/ Azərbaycan dövlət başçısı İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

"Report" xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanını “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli fərmanına uyğunlaşdırmaq məqsədi ilə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, №1, maddə 67) 1. 3.2-ci bənd ləğv edilib. 

Həmçinin həmin fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi