Yuxarı
    Bağlamaq

    ​BVF Yunanıstana köməyi dayandırdı

    Yunanıstanın səhm bazarı öz dəyərinin 10 faizini itirib

    Bakı. 30 dekabr. REPORT.AZ/ Beynəlxalq Valyuta FonduYunanıstana maliyyə yardımını dayandırıb.Buna səbəb Yunanıstanda hökumətin yaradıla bilməməsidir.

    "Report" Azadlıq radiosuna istinadən verdiyi məlumata görə, Almaniyanın maliyyə naziri Schaeulbe xəbərdarlıq edib ki, istənilən yeni hökumət əvvəlki hökumətlərin verdiyi vədə əməl etməlidir. Yunanıstanın xilas proqramı 110 milyard avro köməyi nəzərdə tutur.

    Yunanıstan parlamenti 3-cü dəfə prezidenti seçə bilmədi və bu da hökumətiparlamenti buraxmağavadar edir.

    Baş nazir Samaras elan edib ki, yeni seçkilər yanvarın 25-də olacaq.

    Yunanıstanın səhm bazarı öz dəyərinin 10 faizini itirib.

    Çünki yeni seçkidə solçu Syriza partiyasının qalib gələcəyi gözlənilir.

    Syriza partiyasının lideri Tsipras elan edib ki, Yunanıstanın qənaət iqtisadi siyasətindən imtina edəcək. Bu siyasət 110 milyardlıq köməyin əvəzində aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi