Yuxarı
    Bağlamaq

    ​Bu il 540-a yaxın dövlət müəssisə və obyekti özəlləşdirilib

    İlin 9 ayında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.

    "Report" Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib.

    O qeyd edib ki, keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.

    Komitə sədrinin sözlərinə görə, hesabat dövründə 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilib: "Bu dövrdə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

    İllik xüsusi hesabat formasını təqdim etməli olan səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5 800-dən çox illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4 400-ə yaxını isə elektron formada təqdim edilib. 220-dən çox səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi