Yuxarı

​Bu il 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb

145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu barədə bu gün Komitədə yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə qeyd olunub.

Bildirilib ki, bu göstəricinin 28 minə yaxını ilkin, 117 mindən çoxu isə təkrar qeydiyyata aid olub:

"Hesabat dövründə 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 70 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 98 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi