Yuxarı

​Belarus Rusiya ilə ticarətdə 739 mln. dollar itirib

Ölkənin baş naziri bu itkilərin əvəzini digər ölkələrə ixrac hesabına ödədiklərini bildirib

Bakı. 19 dekabr. REPORT.AZ/ Belarusun baş naziri Mixail Myasnikoviç bildirib ki, ölkəsi Rusiya ilə ticarətdə 739 milyon dollar itirib.

"Report"un verdiyi xəbərə görə, M.Myasnikoviç qeyd edib ki, cari ilin 11 ayı ərzində Belarus iqtisadiyyatında müəyyən artım müşahidə olunub.

Myasnikoviçin sözlərinə görə, Belarus bu itkilərin əvəzini digər ölkələrə ixrac hesabına ödəyir.

Baş nazir vurğulayıb ki, Belarus hökuməti ixracın şaxələndirilməsi işini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi