Yuxarı

​Bakıda və bölgələrdə istifadəyə yararsız malların satıldığı aşkar edilib

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq

Bakı. 24 fevral. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər aparılıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, monitorinqlər zamanı Bakının Xətai, Suraxanı, Nizami rayonlarında, Sumqayıt, Şirvan, Şəki şəhərlərində və Goranboy, Yevlax, Kürdəmir, Şamaxı, Masallı, Zaqatala və Ağdam rayonlarında mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi