Yuxarı
    Bağlamaq

    ​Bakıda təkrar mənzil bazarında qiymətlər 15% düşüb

    Təkrar mənzil bazarında orta satış qiyməti dollar ekvivalentində illik müqayisədə 12% enib

    Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində Bakı şəhərinin mənzil bazarında təkrar mənzillərin təklif olunan orta satış qiyməti 14,8% azalaraq aprelin 1-nə 1 796 dollar/kv. metr təşkil edib. Dollar ekvivalentində bu ilin ilk rübü ərzində qiymətlərdə 13,61%, il ərzində isə 11,61% azalma müşahidə olunub. Bu barədə "Report"a “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin prezidenti Nüsrət İbrahimov məlumat verib. 

    Onun sözlərinə görə, milli valyutada qiymətlərdə isə əksinə, mart ayı ərzində 14,05%, rüb ərzində 15,57%, illik müqayisədə isə 18,32% artım müşahidə edilib və cari ilin aprelin 1-nə təkrar mənzil bazarında orta satış qiyməti 1 884 manat/kv. metri keçib.

    “MBA” şirkətinin aylıq araşdırmasına əsasən, qiymətlər Bakı şəhərinin I zonasında 2 639 dollar/kv. metr, II zonada 1 989 dollar/kv. metr, III zonada 1 558 dollar/kv. metr, IV zonada 1 205 dollar/kv. metr olub. Zonalar üzrə mart ayı ərzində ən çox azalma III zonada (17,39%), ən az azalma isə IV zonada (9,67%) qeydə alınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi