Yuxarı

Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək

Tədbirə 15 ABŞ şirkətinin qatılacağı gözlənilir

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu il noyabrın 19-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək.

"Report"un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən verdiyi xəbərə görə, tədbirə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir.

Qeyd edək ki, tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AzPromo-nun təşkilatçılığı ilə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi