Yuxarı

"Azərikimya": Ötən il 1550 nəfərə yaxın işçinin əmək şəraiti yaxşılaşdırılıb

Bütün işçilər fərdi mühafizə vasitələri ilə tam təmin olunub

Bakı. 2 fevral REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyində 2014-cü ildə işçilərin əməyinin mühafizəsi sahəsində görülmüş işlərin illik hesabatının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

"Report"un verdiyi xəbərə görə, tədbirdə bildirilib ki, birliyin bütün işçiləri fərdi mühafizə vasitələri ilə tam təmin olunub, həyata keçirilən tədbirlər nəticəsində il ərzində 1550 nəfərə yaxın işçinin, o cümlədən 787 nəfərə yaxın qadının əmək şəraiti yaxşılaşdırılıb.

Həmçinin birliyin müəssisələrində maarifləndirmə işlərinə geniş yer verilib, təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsini əks etdirən videofilmlər nümayiş olunub, prezentasiyalar hazırlanaraq təqdim olunub. 600 nəfərə yaxın işçinin bu sahə üzrə biliyi xüsusi komissiya tərəfindən yoxlanılıb.

Daxili nizam-intizam qaydalarına uyğun olaraq əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarını pozanlara xəbərdarlıq talonları təqdim edilməklə intizam tənbehi tədbirləri görülüb, işi və niziam-intizamı ilə digərlərinə nümunə olan işçilər isə fəxri fərman və pul mükafatı ilə həvəsləndirilib.

Tədbirdə ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzi tərəfindən “Odlu işlərin aparılması zamanı təhlükəsizlik qaydaları və fövqəladə hallar zamanı təxliyə işlərinin təşkili” mövzusunda videofilm və maarifləndirici mühazirə təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi