Yuxarı
    Bağlamaq

    Azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 13-cü yerdədir

    Bu il Azərbaycan vətəndaşları Türkiyədə 450-dən çox ev alıb

    Bakı. 24 avqust. REPORT.AZ/ Cari ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 68 ev almaqla, həmin ölkədə xaricilərə ev satışının sayına görə siyahıda 13-cü yerdə qərarlaşıblar. "Report"un Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə, yanvar-iyul ayları ərzində azərbaycanlılar Türkiyədə 458 ev alışı həyata keçiriblər.

    Statistikaya əsasən, iyulda Türkiyədə daha çox iraqlılar ev alıblar. Belə ki, iyulda İraq vətəndaşları Türkiyədən 362 ev satın alıb. Bu siyahıda daha sonrakı yerləri Səudiyyə Ərəbistanı (233 ev), Rusiya (195), Küveyt (147), İngiltərə (101), İsveç (91), Almaniya (84) və İran (77) qərarlaşıb.

    Qeyd edək ki, Türkiyədə daşınmaz əmlak satışı 2015-ci ilin iyul ayında əvvəlki ilin eyni ayına nisbətən 13,5% artaraq 96 589 ədədə çatıb. Əmlak satışında İstanbul 17 182 ədədlə ən çox paya (17,8%) sahib olub. Satışın sayına görə sonrakı yerləri 10 722 ədədlə (11,1%) Ankara, 5 769 ədədlə (6%) İzmir tutur. Əmlak satışının az olduğu bölgələr isə Hakkari (14 ev), Ardahan (16) və Şırnak (33) olub.

    Xaricilərə əmlak satışı bir əvvəlki ilin eyni ayına nisbətən 37,6% artraraq 2 027 ədəd olub. Alınan əmlak sayına görə birinci yeri Antalya (686 ev) tutub. Daha sonra İstanbul (541), Yalova (127), Aydın (119), Bursa (112) və Muğla (89) gəlir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi