Yuxarı

​Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 147 mln. dollar olub

Siyahıda Azərbaycan ancaq Türkiyədən geridə qalır

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Gürcüstanın ikinci əsas ticarət tərəfdaşıdır. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi yanvar-fevral aylarında 147 mln. dollar və ya xarici ticarətin 10,2%-nı təşkil edir.

"Report"un Gürcüstan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu sıralamada Azərbaycanı təkcə Türkiyə qabaqlayır. Belə ki, Türkiyə ilə Gürcüstanın ticarət dövriyyəsinin həcmi təxminən 224,3 mln. dollar və ya Gürcüstanın xarici ticarət dövriyyəsinin 15,7%-ı təşkil edir. Azərbaycandan sonra isə Gürcüstanın əsas ticarət tərəfdaşı Çindir. İki ölkənin ticarət dövriyyəsinin həcmi 112, 2 mln. dollar və ya xarici ticarət dövriyyəsinin 7,8%-na bərabər olub.

Eyni dövrdə ticarət dövriyyəsinin həcmi 106,1 mln. dollar və ya xarici ticarət dövriyyəsinin 7,4%-na Gürcüstan Rusiya ilə əməkdaşlıq sayəsində nail olub. 2014-cü ilin analoji dövrü ilə müqayisədə Gürcüstan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 13% azalıb.

İlk onluğa daxil olan ölkələr: Almaniya (94 mln. dollar - 6,5%), Ukrayna (73,3 mln. dollar - 5,1%), ABŞ (70 mln. dollardan çox - 4,9%), Ermənistan (təxminən 61 mln. dollar - 4,3%), Yaponiya (təqribən 40 mln. dollar - 2,8%), Bolqarıstan (39,7 mln. dollar - 2,8%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi