Yuxarı

Azərbaycanla Avstriya əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcək

İyunun 2-3-də Bakıda Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək

Bakı. 16 may. REPORT.AZ/ Cari il iyunun 2-3-də Bakıda Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək.

"Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

İclasda iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi