Yuxarı

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 37% azalıb

İxrac 43%, idxal isə 12% azalıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 36,84% azalaraq cari ilin yanvar-sentyabr ayları ərzində 7 mlrd. 251,3 mln. dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ixrac 42,91% azalaraq 5 mlrd. 282,8 mln. dollar, idxal isə 11,62% azalaraq 1 mlrd. 968,5 mln. dollara enib. Nəticədə ölkənin məcmu ixracının 60,24%-i, idxal əməliyyatlarının isə 29,92%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Hesabata əsasən ixracda əsas paya malik olan İtaliyaya ixrac həcmi bu müddətdə 55,37% azalıb. İdxalda isə əksinə 93,7% artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində İtaliyaya ixrac 1 mlrd. 798,9 mln. dollar, idxal isə 357,9 mln. dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,72% azalaraq 15 mlrd. 348,5 mln. dollar olub ki, bunun da 6 mlrd. 578,5 mln. dolları idxal, 8 mlrd. 769,9 mln. dolları ixrac əməliyyatlarının payına düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi