Yuxarı

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 19% artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında 29% azalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azalaraq 2,639 mlrd. ABŞ dolları olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət əməliyyatlarının 787,2 mln. dollarını MDB-yə ixrac, 1,851 mlrd. dollarını isə idxal təşkil edib. Beləliklə, birlik ölkələri ilə ticarətdə 1,064 mlrd. dollarlıq mənfi saldo qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 44,5%, idxal 20% azalıb, mənfi saldo isə 18,6% artıb.

MDB üzrə ticarət əməliyyatlarının cəmi ixracda xüsusi çəkisi 3,8%, idxalda isə 22,8% təşkil edib.

Hesabat dövründə Azərbaycanın MDB ölkələri ilə ticarətdə əsas tərəfdaşı olan Rusiyaya ixracın həcmi illik 40,7% azalaraq 600,7 mln. dollar, idxal isə 15,7% azalaraq 1,167 mlrd. dollara düşüb.

Qeyd edək ki, yanvar-noyabr ayları ərzində Azərbaycan xarici ticarət tərəfdaşı olan 147 ölkə ilə ümumilikdə 28,825 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət əməliyyatlarının 8,112 mlrd. dolları idxal, 20,713 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb. Nəticədə ticarət əməliyyatlarında 12,601 mlrd. dollarlıq müsbət saldo müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal 16,6%, ixrac 5,8% azalıb, müsbər saldo isə 2,7% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi