Yuxarı

​Azərbaycanın beş şəhərinin baş planı təsdiq edilib

Daha 5 şəhərin baş plan layihələrinin işlənməsinə başlanılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış növbəti beş şəhərin baş planı təsdiq olunub.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, 2011-2012-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müvafiq layihə təşkilatları arasında bağlanmış müqavilələr əsasında işlənilməsinə başlanımış Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin baş planları tamamlanaraq aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunub.

Təsdiq olunmuş baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlar Komitənin rəsmi arxkom.gov.az saytında yerləşdirilib.

Eyni zamanda, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Ağcəbədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələrinin işlənməsinə başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi