Yuxarı

​Azərbaycanda Türkiyənin tanınmış şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Türkiyə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədirlər

Bakı. 7 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyənin tanınmış şirkətlərinin rəhbər nümayəndələri və Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təmsilçiləri ilə görüş keçirilib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda innovativ sənaye quruculuğu istiqamətində atılan addımlardan söz açılıb. Qeyd olunub ki, bu istiqamətdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsi, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşması, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə böyük önəm verilir.

Həmçinin elmi araşdırmalar, elmtutumlu texnoloji xidmət və məhsulların istehsalına üstünlük verildiyi, bu aspektdə universitet-sənaye müəssisələri arasında iş birliyinin gücləndirilməsi xüsusi vurğulanıb.

Daha sonra Türkiyə şirkətlərini təmsil edən nümayəndə heyəti Azərbaycanla əməkdaşlığa göstərilən maraqdan söz açaraq, yeni əməkdaşlıq istiqamətləri üzrə konkret təkliflərini səsləndiriblər. Görüşdə MİTEK şirkətlər qrupunun təklifi ilə Xəzər Universitetində texnoparkın yaradılması və bunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənməsi məsələsi müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi