Yuxarı

Azərbaycanda minik avtomobili istehsalı kəskin azalıb

Ölkəyə avtomobil idxalında isə 2 dəfədən çox azalma qeydə alınıb

Bakı. 16 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 156 ədəd minik, 130 ədəd yük avtomobili istehsal olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtobili istehsalında 78% azalma, yük avtomobilində isə əksinə, 23,8% artım müşahidə olunub. Hesabat dövründə traktor istehsalı da 33,1% azalaraq 295 ədədə düşüb.

Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən cari ilin ilk dörd ayı ərzində ölkəyə 12 890 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalma deməkdir. Hesabata əsasən cari ildə ölkəyə gətirilən avtomobillərin 11 740 ədədini əsasən adamların daşınması üçün nəzərədə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 645 ədədini yük daşımaq üçün motorlu nəqliyyat vasitələri təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi