Yuxarı

Azərbaycanda ixrac xərcləri azaldılacaq

İxracın stimullaşdırılması üçün təkliflər paketi hazırlanacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib.

"Report" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq dünən Nazirlikdə keçirilmiş kollegiya iclasında qəbul olunub.

Eyni zamanda, iclasda nazirlik ixrac xərclərinin azaldılması məqsədi ilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə görə tariflərin 30%-dək azaldılması barədə Tarif (qiymət) Şurasına müraciət etməyi qərara alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi