Yuxarı

​Azərbaycanda ictimai iaşə dövriyyəsi 14% artıb

İki ayda dövriyyə 142 mln. manata çatıb

Bakı. 20 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 mln. manat olub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyəsinin həcmi 60,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 mln. manat təşkil edib.

Qeyd edək ki, statistikaya əsasən, bu müddətdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3,544 mlrd. manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 1,077 mlrd. manatlıq pullu xidmət göstərilib. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,5%, pullu xidmətlərin həcmi isə 5,1% artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 1,775 mlrd. manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 1,769 mlrd. manatlıq qeyri-ərzaq malları alıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi