Yuxarı
    Bağlamaq

    Azərbaycanda dəri ayaqqabı istehsalı kəskin artıb

    Toxuculuq sənayesində isə 68% azalma müşahidə olunub

    Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanda dəri ayaqqabı istehsalı illik 93,7% artaraq cari ilin yanvar-may ayları ərzində 53,8 min cütə çatıb.

    "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə ayaqqabı üçün 315 ton dəri istehsal olunub. Hesabata əsasən ölkədə dəri istehsalı illik 2,2 dəfə artaraq cari il yanvar-may ayları ərzində 534,5 min kv.metr təşkil edib. Qoyun və ya quzu dərisindən hazırlanan dəri istehsalı da illik 71,1% artaraq cari ilin ilk beş ayı ərzində 319,4 ton olub.

    Qeyd edək ki, cari ilin yanvar-may aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 10,8 mlrd manatlıq məhsul istehsal olunaraq 3,7 %-lik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4 %, neft-qaz sektorunda isə 1,4 % üstələyib.

    Hesabat dövründə toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələrində 23,7 mln manat həcmində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 2,6 dəfə artım, geyim istehsalında 7,2%, toxuculuq sənayesində isə 67,8% azalma müşahidə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi