Yuxarı

Azərbaycanda iqtisadi artım 3,7% təşkil edib

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 %-ni təşkil edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,7% çox ümumi daxili məhsul istehsal edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əlavə dəyərin 34,2%-i sənayedə, 13,5%-i tikintidə, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 2,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0%-i informasiya və rabitə, 17,9%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 %-ini təşkil edib.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2,5 faiz artaraq 4275,2 manata bərabər olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 36,0 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% çox ümumi daxili məhsul istehsal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi