Yuxarı
    Bağlamaq

    Azərbaycana humanitar yardım azalıb

    Cari ilin ilk beş ayında ölkəyə 8,2 mln. dollar humanitar yardım gətirilib

    Bakı. 28 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycana humanitar yük, təmənnasız kömək və texniki yardım idxalı kəskin azalıb. İdxal ötən ilin eyni dövrü ilə müqayisədə 3,73 dəfə azalaraq 30,5 mln. dollardan 8,2 mln. dollara düşüb.

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə humanitar yardım ixracında da azalma müşahidə olunub. İxrac illik müqayisədə 2,3 dəfə azalaraq 127,2 min dollar təşkil edib.

    Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi