Yuxarı

​Azərbaycana humanitar yardım artıb

İki ayda ölkəyə 7 mln. dollara yaxın humanitar yük, təmannasız kömək və texniki yardım gətirilib

Bakı. 21 mart. REPORT.AZ/ Azərbaycana humanitar yük, təmannasız kömək və texniki yardım idxalının həcmi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 2,34 dəfə artaraq 2015-ci ilin yanvar-fevral ayları ərzində 6,983 mln. dollara çatıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə bu məhsulların ixracında da artım qeydə alınıb. İxrac 3,31 dəfə artaraq ötən ildəki 18,16 min dollardan 60,13 min dollara yüksəlib.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın cəmi xarici ticarət dövriyyəsinin həcmi 4,042 mlrd. dollar təşkil edib. Bunun da 1,707 mlrd. dolları idxal, 2,335 mlrd. dolları ixrac əməliyyatlarının payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi