Yuxarı

​Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Tərəflər iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı məsələlərini nəzərdən keçiriblər

Bakı. 12 fevral. REPORT.AZ/ Ötən gün Düşənbədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Neqmatullo Hikmatullozoda ilə Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənov arasında baş tutan görüş zamanı iki dövlət arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Report" CA-NEWS-a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

"Tərəflər iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı məsələlərini nəzərdən keçiriblər, həmçinin qarşılıqlı maraq kəsb edən ikitərəfli əməkdaşlıq istiqamətlərinin perspektivlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Görüşdə, həmçinin investisiya cəlbi, kənd təsərrüfatı məhsullarının emalı, Düşənbə-Bakı marşrutu üzrə birbaşa aviareyslərin bərpası, ticari-iqtisadi və elmi-mədəni əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

"Tərəflər respublikalar arasında çoxtərəfli əməkdaşlığın gələcəkdə də məhsuldar inkişaf edəcəyinə əminliklərini ifadə ediblər", - deyə mətbuat xidmətindən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi