Yuxarı
    Bağlamaq

    Azərbaycan və ABŞ Xaçmazda sosial-iqtisadi inkişafı sürətləndirmək məqsədilə əməkdaşlıq edir

    Yol təmiri layihəsi başa çatıb

    Bakı. 22 aprel. REPORT.AZ/Xaçmaz rayonunun Yergüc kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat nazirliyini rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yol təmiri layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəliblər. ABŞ-ın Azərbaycandakı Səfirliyindən "Report"a verilən məlumata görə, layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

    Yergüc kəndi Qub-Xaçmaz magistral yolundan 7 km aralıda yerləşir. Kəndi Qub-Xaçmaz magistral yolu ilə birləşdirən kənd yolu illərlə baxımsız vəziyyətdə qalmışdı. Əlverişsiz yol şəraiti kənd təsərrüfatı mallarının və məhsulların daşınmasında, fövqəladə hallarda, habelə sakinlərin gündəlik fəaliyyətlərində mühüm çətinliklərə və gecikmələrə səbəb olurdu.İcma liderləri bir araya gələrək bu problemin həll olunmasına qərar veriblər.

    EWMI/SEDA layihəsinin dəstəyilə, icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək yolun 400 metrlik hissəsinə asfalt örtməklə təmir olunmasına nail olublar. Təmir olunmuş yol gediş-gəlişi təhlükəsiz etməklə və nəqliyyat xərclərini və vaxtı azaltmaqla 2600-dən çox sakinin gündəlik yaşam şəraitini yaxşılaşdıracaq.

    Bugünə kimi, EWMI/SEDAlayihəsi Azərbaycanın 61 icmasında 94,000-dən çox insana fayda verərək 69 layihənin maliyyələşdirilməsinə 1,400,000 ABŞ dollarından artıq vəsait xərcləyib.EWMI/SEDAicmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin birgə iştirakını təşviq edir. Bu layihə USAID tərəfindən maliyyələşir və İqtisadiyyat Nazirliyi və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə, habelə yerli qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi