Yuxarı

Azərbaycan minik avtomobillərinin istehsalını 5 dəfə artırıb

Bu ilin 11 ayında ölkədə 2 minə yaxın minik avtomobili istehsal olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 861 ədəd minik avtomobili istehsal olunub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə çoxdur.

Statistikaya əsasən, bu müddətdə ölkədə yük avtomobillərinin istehsalında isə azalma müşahidə edilib. İstehsal 0,4% azalaraq 229 ədəd təşkil edib. Traktor və kotan istehsalı isə müvafiq olaraq 83,7% və 31,5% artaraq 1 137 və 927 ədədə çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.

Cari ilin yanvar-noyabr aylarında maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 332,2 mln. manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 10,1% azalma, avtomobil və qoşquların istehsalında 48,7%, nəqliyyat vasitələrinin istehsalında isə 3,3 dəfə artım müşahidə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi