Yuxarı

​Azərbaycan "G20" platformasına dəvət edilib

Ölkə bu platformanın bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak edəcək

Bakı. 25 mart. REPORT.AZ/ Türkiyənin "G20" sədrliyi çərçivəsində Azərbaycan Respublikasıbu bu platformada təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək "G20" platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

2015-ci ilin 26 - 27 mart tarixlərdə Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantı keçiriləcək. Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcək. Həmçinin, İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika Nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaq.

Toplantıda "G20" gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi