Yuxarı

​Azərbaycan əhalisinin gəlirləri I rübdə 5% artıb

Gəlirlərin 2,1%-i kreditlər üzrə hesablanan faizlərin ödənilməsinə yönəldilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 9,5 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, gəlirin hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat və ya ayda 332,3 manat təşkil edib. Hər nəfərə düşən gəlirin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 4,0% olub.

Gəlirlərin 75,7%-i son istehlaka, 9,6%-i vergilər, sosial sığorta və üzvlük haqları, 2,1%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 12,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin yanvar-mart aylarına nisbətən 5,3% artıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi